SİLAHSIZ
SAVAŞ
Qəzetimizin bu günkü sayında çox
ciddi bir məsələ qaldırmışıq. Azərbaycan üçün bu
məsələnin əhəmiyyəti mənim qənaətimə görə zəbt olunmuş
torpaqlarımızın qaytarılması səviyyəsindədir. Bu
milli diasporumızun və lobbiçiliyin inkişafı, xaricdəki
səfirliklərimizin və diplomatik korpuslarımızın
fəaliyyətinin müasir tələblər səviyyəsinə qurulması
kimi zəruri əməli fəaliyyətlə bağlı bir problemdir.
Elə biz də bu məqalədə məhz bu haqda fikir mübadiləsi
etmək, polemika açmaq niyyətindəyik. Bəlkə də bu
məsələyə müraciət etməkdə gecikmişik. Ancaq atalar
demişkən «ziyanın yarısından qayıtmaq» da xeyirdir.
Bir diaspor qurumu və diaspor ìÿòáóàòı olaraq biz
bu işi özümüzə borc bilirik.
Uzun illərdən bəri fəaliyyətimin yönümü və məqsədi
məhz bu istiqamət olduğu üçün və bir dispor təşkilatçsıı
kimi bu barədə fikrimi sizlərlə paylaşmaq istəyirəm.
Diasporun formalaşmasının özülündən başlayan bir
təşkilatçı kimi bu işin əziyyətini özüm duymuş və
keçirmişəm. Bütün ölkələrdə olan diasporlarımızın
bir yeganə oxşar problemi var: məlumatsızlıq, əlaqəsizlik
və sahibsizlik. Məhz bu problem diasporumuzun fəallaşmasına
əngəl yaradır. Bunun əhəmiyyətini dəyərləndirən
Ümummilli Liderimiz 2003-cü ildə «Xaricdə yaşayan
Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”»
fərman èìçàëàìûøäû. Xaricdə yaşayan Azərbaycanlılarla
İş Üzrə Dövlət Komitəsi də məhz bu səbəbdən yaradıldı.
Əfsuslar olsun ki, bu gün nə haqqında danışılan
bu fərmanın icrası, nə də qurumların fəaliyyəti
hiss olunmur. Bu məsələni dəfələrlə qaldırmışıq,
qaldıracağıq da. O zamana qədər ki, bütün bu məsələlərə
məsul olan şəxslər başa düşsünlər ki, Dövlət+Diaspor
vəhdəti=Lobbi deməkdir. Lobbiçiliyin yeganə tərifi
budur, bunun belə olduğunu dünya dövlətləri və millətləri
çoxdan sübut ediblər.Biz isə rəhmətlik M.Ə.Sabir
demişkən hələ «yatmışıq».
Təəssüflər olsun ki, bizlər bir-birimizdən qaçmağa,
bir-birimizə qarşı olmağa üstünlük veririk. Bu səbəbdən
də haqlı tələblərimizi beynəlxalq təşkilatların
qarşısında layiqincə qaldıra bilmirik. Bunun üçün
nə etmək lazımdır? Bizim qənaətimiz və gördüyümüz
çıxış yolu qəzetin ön səhifəsində göstərilən kimidir.
Bunun belə olması xalqımızın gələcəyi üçün mühüm
əhəmiyyət kəsb edir. Xaricdəki səfirliklərimiz,
diaspor təşkilatlarmızla sıx əlaqə yaratmalıdırlar.
Yalnız bu halda,yalnız xaricdəki səfirliklərimizin
həmin ölkələrdəki Azərbaycan diaspor təşkilatları
ilə birgə fəaliyyət göstərdikləri halda biz lobbiçilik
fəaliyyətimizi düzgün istiqamətləndirməyə nail ola
bilərik. Allah sonumuzu xeyir eləsin!
3 noyabr 2005-ci il.