MƏN
NƏ ÜÇÜN DAK-dan ISTEFA VERDIM?
Uzun müddətdir DAK məclisi, DAK
idarə heyəti və ümumiyyətlə DAK-ın apardığı tutarsız,
Azərbaycan diasporuna zidd işlərə və bir-birindən
xəbərsizlik problemlərinə görə DAK-ın Stokholmda
keçirilən VIII Qurultayında təyin olunduğum Belçika
nümayəndəliyi və DAK məclis üzvlüyümdən istefa edirəm.
Lakin DAK-da üzvlüyümü DAK-ın bu il Brüsseldə keçiriləcək
IX Qurultayına kimi davam etdirəcəm və həmin Qurultayda
DAK sədrliyinə namizədlyimi irəli sürəcəyimi bütün
Azərbaycan xalqına bildirmək istəyirəm.
Istefamın başlıca səbəbi DAK-ın heç bir bölgə nümayəndəliyi
ilə birgə hərəkət etməməsi, DAK sədrinin özbaşına
hərəkəti, digər ölkələrdəki DAK nümayəndələri ilə
əlaqələr qurmadan həmin ölkələrdə tutarsız və adı
çəkilən təşkilata ziyan vuran işlər görməsi, DAK-ın
Bakı Ofisinin rəhbərliyinin sorumlu üzvlərindən
xəbərsiz mətbuat konfransları keçirməsi və mətbuat
açıqlamaları verməsi, DAK məclisinin DAK idarəsi
ilə əlaqələrinin düzgün qurulmaması və nəhayət bu
yaxınlarda DAK-ın Bakı ofisinin mətbuat xidməti
tərəfindən təmsil olunduğum Brüsseldə Xocalı Soygırımının
anım heykəlinin qoyulması və guya artıq bununla
bağlı icazə alınması barədə gerçəkliklə bağlı olmayan
açıqlamasıdır. Bütün bunlardan əlavə rəhbərlik etdiyim
“Belçika Azərbaycan Evi”nin bu məsələ ilə bağlı
heç bir məlumatı yoxdur və DAK tərəfindən verilən
açıqlama tamamilə gerçəklikdən uzaqdır.
DAK-ın Belçika nümayəndəsi olaraq bu vəzifəmdən
bütün dünya azərbaycanlılari önündə istefa verirəm,
lakin DAK üzvü kimi üzvlüyümü davam etdirdiyimi
bildirirəm. Bu ilin 9-10-11 dekabrında Brüsseldə
keçiriləcək DAK-ın növbədənkənar qurultayında sədrliyə
namizədliyimi irəli sürəcəyimi bəyan edirəm.
DAK idarə heyətində olan bütün dəyərli üzvlərə yeni
qurultaya yeni bir nizamnamə ilə gəlmək fikrimi
bildirirəm. Xatırladım ki, nizamnamədə bu günə qədər
DAK sıralarında xidmət etmiş həmvətənlərimizin görüş
və təklifləri də nəzərə alınmışdır. DAK-ı birləşdirməyin
və Mərkəz Ofisinin Avropanın paytaxtı Brüsseldə
olmasının tərəfdarıyam. Bu təşkilatın bundan sonrakı
fəaliyyətində daha çox uğur qazanmasına və Azərbaycan
diplomatiyasının Brüsseldə mərkəzləşməsi DAK-ın
daha da inkişaf etməsinə səbəb olacaq. “Belçika
Azərbaycan Evi”nin Brüsseldə olan bütün imkanları
DAK-ın xidmətinə heç bir qarşılıqsız veriləcək və
Brüsseldə heç bir problemin olmayacağını da əmin
edirəm.
İstefamın bu gündən qüvvədə olduğunu bildirir, DAK-da
bütün işləri bir üzv kimi davam etdirməyi məqsədəuyğun
saniram.
Bülent Gürçam,
“Belçika- Azərbaycan Evi”nin sədri və DAK üzvü