DAK
VƏ AZƏŸRBAYCAN
Dünya Azərbaycanlıları Konqresi Stokholmda keçirdiyi
son toplantıdan sonra aktiv bir qurum halını alıb,
fəaliyyətini xeyli qüvvətləndirib. Bu qurum dünya
azərbaycanlılarını birləşdirən və özündə milli dəyərlərimizi
ehtiva edən çox ciddi işlər görməyə başlayıb.
Bu istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlərdən
biri də 26 fevral-Xocalı soyqırımının ildönümü ilə
əlaqədardır. Bu münasibətlə DAK Avropanın paytaxtı
Brüsseldə iclas və konfra

Brüsseldə iclas və konfraslar keçirməyi nəzərdə
tutub.Bu tədbir Brüsselin görkəmli yerlərindən biri
olan Beynəlxalq Mətbuat Mərkəzində keçirələcəkdir.
Digər tədbir isə həmin gün axşam Brüsselin beşulduzlu
otellərindən birində təşkil olunub. Bunlarla yanaşı
fevralın 25-də təşkilat Avropa Parlamentinin binası
qarşısında mitinq keçirilməsini də planlaşdırıb.Həmin
gün eyni zamanda Hollandiyanın Haaqa şəhərindəki
Beynəlxalq məhkəmə binasının qarşısında da mitinq
keçirilməsi planlaşdırılıb.
Bəli, Azərbaycan diasporu artıq bütün dünyada öz
fəaliyyətini genişləndirmək və qüvvətləndirmək istiqamətində
məqsədyönlü iş aparır.Qəzetimizin bu sayının 2-ci
səhifəsində bir müsahibə var. Bu müsahibə Azərbaycan
diasporunun təmsilçilərindən biri olan Tale Heydərova
məxsusdur.
Tale Heydərov İngiltərədə (London) cox böyük fəailiyyətlər
göstərir. Ötən il DAK-ın qurultayındakı (Stokholm)
cıxışında gözəl bir təklif irəli sürmüşdü. Təklif
beləydi ki,nəyə görə xaricdəki Azərbaycan gənclərinin
bir yiğıncağı olmur, yəni bir Azərbaycan gənclər
forumu keçirilmir?
Mən o zaman bu təklifi çox yüksək səviyyəli təklif
kimi qəbul etmişdim və «Belçika-Azərbaycan Evi»”
olaraq bu işi öz öhdəmizə götürməyə söz vermişdim.
Təəssüf ki, ötən il bu işi həyata keçirə bilmədik.
Azərbaycanda keçirilən seçkilər tədbirimizi təxirə
saldı. Lakin bu il belə bir yığıncağı ilin birinci
yarısında keçirməyə hazırlaşırıq. Tale Heydərovun
da öz müsahibəsində dediyi kimi, bu ilin yazında
Avropanın paytaxtı Brüsseldə Azərbaycan günləri
adı altında üç gün davam edəcək böyük bir tədbirin
keçirilməsinə hazırlaşırıq.
Yazımın əvvələrində dediyim kimi, Azərbaycan diasporu
öz fəaliyyətini gələcəkdə daha da gücləndirmək,
Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq
üçün daha səmərəli fəaliyyət göstərəcəkdir.
2 yanvar, 2006-cı il.