DŸƏRDİM
ÇOXDUR, HANSINI DEYİM?!
Adətən dərdim çoxdur deyəndə "Allah
dərd verməsin, nə olub?”- deyə soruşarlar. Dərdli
adam da başlayar dərdini anlatmağa. Mənim də dərdim
çoxdur, amma hansından başlayım heç bilmirəm.
Elə bir gün olmur ki, türk dünyasının başına bir
bəla gəlməsin. Əsrlər illərə, illər aylara, aylar
günlərə, günlər isə saatlara dönüb və türk dünyasında
saatbasaat hadisələr baş verir. Hətta bu hadisələrin
sayı o qədər çoxdur ki, onları izləmək belə mümkün
deyil. Qəzetimiz ayda iki dəfə çıxdıgı üçün bütün
bu hadisələri operativ olaraq, vaxtında oxuculara
çatdırmaq heç cür mümkün olmur. Baxmayaraq ki, Azərbaycanda
yüzlərlə gündəlik qəzet çıxır (əgər qəzet çıxarmaq
deyilirsə buna!), bizim gündəliyə keçməyə imkanımız
yoxdur. Çox düşündükdən sonra dünyada baş verən
hadisələri sizlərə təqdim etmək üçün internet versiyamızı
yaratmağa qərar verdik. Artıq bir aydır ki, www.
euxeber.com saytında oxucularımız qəzetimizi PDF
formatında əldə etmək imkanına malikdirlər. Artıq
saytımızda gündəmdə olan məsələləri izləmək imkanı
vardır. Biz də öz növbəmizdə gündəlik hadisələrə
öz münasibətimizi bildirib, dünyanın dörd bir yanındakı
həmvətənlərimizə çatdırmağa çalışırıq. Buna misal
olaraq son həftə ərzində baş verən hadisələrin qısa
xronikasına nəzər salmaq yerinə düşər:
1. Bakıda keçirilən regionlar
üzrə əməkdaşlıq toplantısında iştirak edən İran
prezidenti Azərbaycan mətbuatına verdiyi müsahibədə
Qarabağ məsələsinə İranın hər iki dövlətin, Azərbaycan
və Ermənistanın, çıxarlarını nəzərə alaraq həllindən
yana olduğunu deyib. Bu sözlər Təbrizdə baş verən
hadisələrin xəbərçisi olduğu gizlədilməz bir həqiqətdir.
2. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin kimsənin xəbəri olmadan Dünya Azərbaycanlıları
Qurultayının sədr müavinliyinə 4 nəfərin seçildiyini
açıqlaması isə gözələnilməz hadisədir. Bu açıqlamanın
maraqlı tərəfi ondadır ki, sözügedən bu dörd nəfəri
seçərkən Komitə onların fərdi bacarıqlarını, keyfiyyətlərini
və Azərbaycana olan bağlılığını nəzərə almayıb.
Bununla da Komitə diaspor işini təşkil etməyi bacarmadığını
bir daha sübut etmiş oldu.
3. Ötən həftə Azərbaycanda yaşayan
yəhudi icmasının bir qrup üzvü ölkə prezidentinə
məktubla müraciət edib. Həmin məktubda yəhudilər
bildiriblər ki, daşnak quldurlarının 1918-1919-cu
illərdə Qubada qətlə yetirdikləri azərbaycanlıların
arasında 3000 nəfər yəhudi də olub. Bu insanların
xatirəsinin əbədiləşdirilməsinə ehtiyac olduğunu
vurğulayan məktub müəllifləri onu da qeyd ediblər
ki, bu hadisə xarici dövlətləri «insanlıq ayıbı»
sayılan soyqırım məsələsinə, o cümlədən Xocalı ilə
əlaqədar hadisələrə yeni gözlə baxmağa sövq etməlidir.
4. Ötən həftənin maraqlı olaylarından
biri də "Belçika Azərbaycan Evi"nin iki
ildən bəri üstündə işlədiyi «Avropa Gənclər Forumu»
ideyasının Brüsseldəki səfirlik işçisi tərəfindən
oğurlanaraq, qolu-qanadı sındırılmış bir halda,
amma başqa formada yeni bir fikir kimi gündəmə gətirilməsidir.
Bu hadisə bir daha göstərir ki, Azərbaycan diasporundan
bixəbər olan səfirliklərimiz guya iş gördüklərini
sübut etmək istəyirlər.
5. Ötən günün digər bir maraqlı hadisəsi Xaricdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin
Dünya Azərbaycanlılarının ziyalılar toplantısını
təşkil etməsi ilə bağlıdır. Amma bu ziyalılar toplantısına
milli diasporumuzun təmsilçiləri əvəzinə, xaricdə
yaşayan azərbaycanlı müğənnilərin dəvət edilməsi
diqqəti cəlb edir. Əlbəttə, biz bununla müğənnilərimizin
ziyalı olmadıqlarını demək fikrində deyilik və bu
heç də belə başa düşülməməlidir. Söhbət xaricdəki
Azərbaycan diasporundan gedir. Bu diasporun sözü
gedən toplantıda lazımi səviyyədə təmsil olunması
isə XYAİDK-nin günahıdır.
6. Ötən həftənin ən yadda qalan
və həmçinin bir qədər gözlənilməz təsir bağışlayan
hadisələrindən biri də Azərbaycan tarixində ilk
dəfə yüksək səviyyəli dövlət məmurunun öz xahişi
ilə istefası ərizəsi yazmasıdır. Bu məmur açıqlamasında
da elə beləcə deyib,-bəsdir daha, yoruldum. Gənclərin
önünü açmaq lazımdır. Sağ əli digərlərinin başına,
doğrusu bu çox təqdirə layiq bir haldır. Belə cəsarətli
addımlar Azərbaycanın Avropaya inteqrasiya etdiyi
bir dövrdə böyük əhəmiyyət kəsb edir. Düşünürəm
ki, rəhbər vəzifələrdə çalışanlar onlara ünvanlanan
suallara və ya yazılanlara də tam səmimi və açıq
cavab verəcəkləri zaman hər şey gözəl olacaq. Əsl
demokratiya budur! Kifayətdir, çünki buna nəinki
köşə yazım üçün nəzərdə tutulan yer, hətta qəzetimizin
16 səhifəsi belə yetməz.
«Eu Xəbər»
30 may,,2006-cı il