31 DEKABR YAXINLAŞARKƏN
Dekabr ayının 31-i xaricdə yaşayan azərbaycanlılar
üçün yeni il törəmindən daha əhəmiyyətli bir anlamdır.Bu
tarix xaricdə yaşayan azərbaycanlıların yada düşdüyü,
varlığımızın xatırlandığı, bizlərə nəzər və diqqət
göstərildiyi bir günüdür. Təqvimin bu gününü bizlərə
bəxş etdiyinə görə Ümummilli liderimiz Heydər Əliyevin
adı və əməlləri bütün dünya azərbaycanlılarının
qəlbində əbədi olaraq yaşayacaqdır.
Bəli, 31 dekabr dünya azərbaycanlılarının həmrəylik
günüdür. Neçə illərdir ki, bu günü böyük qürurla,
təntənəli bir şəkildə qeyd edirik.Bu günü bizlər
sözün həqiqi mənasında bir bayram ovqatı ilə qarşılayırıq.Böyük
salonlarda bu işə heç bir aidiyyatı olmayan insanların
atəşli, bir az da pafoslu çıxışları ilə görkəmli
şairlərimizin ürək yandıran, damarlarda qanımızı
coş duran gözəl kəlamları ilə qarşılayırıq.Çox güman
ki, yenə də belə olacaq. Diaspor sözünün məna və
mahiyyətini dərk etməyən bəzi millət vəkillərinin,
məmurların, səlahiyyət sahiblərinin təmtəraqlı çıxışlarının
sədası altında «dünya azərbaycanlılarının həmrəyliyindən»
danışacağıq. Lap yəqin bilirəm ki, hər dəfə olduğu
kimi yenə də 31 dekabr gününü qeyd etməyə toplaşanlar
təmtəraqlı çıxışlar edəcək,boğazdan yuxarı və həqiqətdən
uzaq məddah sağlıqlar söyləyəcək, sonra da yeyib-içib
gedəcəklər. Vəssalam. Bu çıxışlarda həqiqət səslənməyəcək.
Çünki bu həqiqətlərdən xəbərdar olan, diaspor təşkilatçılığına
ömür sərf etmiş insanlar yenə bu salonlara və bu
bayram ziyafətlərinə dəvət olunmayacaqlar.
Yadımdadır, ötən bayramlardan biri idi.31 dekabra
həsr olunmuş təntənəli mərasim qurulmuşdu. Lakin,
məclisə milli diasporumuzun nümayəndələri,liderləri
və təşkilat üzvləri deyil, bu işdən xəbəri olmayan
insanlar dəvət olunmuşdular. Sonda yenə də bir nəticə
əldə edilmədi. Problemlər necə həllini tapmamışdısa
elə də qaldı.
Bəli, hörmətli həmvətənlərim, biz yenə də məhz
bu bayrama-dünya Azərbaycanlılarının Həmrəyliyi
bayramına hazırlaşırıq. Həm də böyük təntənə ilə.
Bununla yanaşı heç bir faydalı iş əmsalı olmayan,
ürəyi yaralı, torpaqları işğal altında, diasporu
formalaşmamış, lobbiçilik fəaliyyəti his olunmayan,
bir birindən xəbərsiz (bu siyahını kifayət qədər
uzatmaq olar) diaspor təşkilatlarımızla görən, necə
həmrəy ola bilərik? Görən, bu bayramda biz nəyi
qeyd edəcəyik? Həll olunmamış problemlərdən danışacağıqmı?
Hələ ki, məlum deyil.
Mən əminəm ki, hər dəfə olduğu kimi bu il də yüksək
kürsülərdən danışanlar, bu işlə əlaqəsi olmayan
insanlar olacaqlar.Yenə də şeirlər oxunacaq, ürək
yandıran sözlər deyiləcək. Bunun əksinə olaraq ürəyidolu,
söz demək istəyən èíñàíëàða danışmaq haqqı verilməyəcək.Onlar
isə təbii ki,sözləri ürəklərində, salonu tərk etmək
məcburiyyətində qalacaqlar. Yenidən gələn il dekabrın
31-də görüşmək ümidi ilə ayrılacaqlar. Bu artıq
bir bayağı ənənə şəklini aëıb.
Bu yerdə mənim mədəniyyət xadimlərimizdən bir xahişim
var: hələ təmtəraqlı məclislərin keçirilməsinə bir
ay qalıb. Yaxşı olar ki, bu bayrama həsr olunmuş
bir tamaşa hazırlayıb səhnələşdirsinëər. Düşünürəm
ki, ərbu mənasız bayram təntənəsi keçirməkdən daha
ərbu faydalı olardı. olarŞəxsən mən özüm yaşadığım
şəhərdə həmin tamaşaya baxmağa gələrdim. Bu daha
mənalı keçirilmiş vaxt olardı.
Yeri gəlmişkən, cənab Prezidentimizə 2006-cı ilin
büdcəsində Azərbaycan diasporunun təşkilatlanması
və lobbiçilik fəaliyyətinin inkişafına keçən ilə
nisbətən ayrılan vəsaiti iki dəfə artırdığına görə
öz dərin təşəkkürümü bildirirəm. Bu vəsait hesabına
ürəyimizdə qalan və həyata keçirə bilmədiyimiz neçə-neçə
planlarımızı həyata keçirə bilərik. Təbii ki, əgər
büdcədə nəzərdə tutulan bu vəsait məqsədyönlü xərclənərsə.
Biz burada döyüş paltarları geyinib əmrə müntəzir
dayanmışıq. Ən böyük arzumuz isə odur ki, áó èëki
31 dekabr diasporumuzun fəaliyyətsizliyinin sonu
olsun. İnşallah!
Bizim qəzetimiz bu məsul işi öz üzərinə götürüb.
Çünki “Eu Xəbər” qəzeti bir diaspor qəzeti olaraq
bu işi davam etdirəcək. Bu bizim həyat mövqeyimiz,
əqidəmizdir. Biz bu yoldan dönməyəcəyik, biz bu
mübarizəyə bilərəkdən gəlmiş, könül vermiş insanlarıq.
Bu yoldan dönmək əsla mümkünsüzdür. Bu mübarizədə
çəkilən tətik, atılan güllə haqdır. Sonda çox sevdiyim
bir ərəb misalını xatırlatmağa lüzum görürəm: «hübbül
vətən min əl cihad” «yəni vətən sevgisi mübarizədir”.
1 dekabr 2005-ci il.