ULU
ÖNDŸƏR
Qiymətli həmvətənlərim, bu gün sizinlə ürəyimdən
gələn sözlərlə danışıb, arzularımı paylaşmaq istədim.
Bu yazıma başlıq seçdiyim sözü isə ürəyimdən gəldiyi
kimi ifadə etdim. Həyatda ən çox istədiyim arzularımdan
biri Heydər Əliyevin-bu böyük insanın yanında çalışmaq,
onun dünya, həyat, dövlətçilik, millətçilik və bir
insan kimi Allahın çox az adamlara bəxş etdiyi keyfiyyətlərindən
faydalanmaq olub. Mərhum Mustafa Kamal Atatürkə
yaşım çatmamışdı. Amma, bu böyük insandan-Heydər
Əliyevdən öyrənmək istədiklərim çox, lap çox olub.
Başqalarından fərqli olaraq mənim bu böyük insana
olan sevgi və sayqılarımın sonu, həddi-hüdudu olmayıb.
Qeyd etmək istəyirəm ki, tale mənə bu böyük şəxsiyyətlə
üç dəfə görüşmək səadəti nəsib edib. Mən ilk dəfə
Heydər Əliyevlə 1997-ci ildə Belçika səfirliyində
işlədiyim zaman görüşmüşəm. O günləri indi də yaxşı
xatırlayıram.O zaman Heydər Əliyev səfirliyin bütün
işçiləri ilə bir-bir görüşüb mənə yaxınlaşanda bir
anlığa dayandı. Səfir məni ona təqdim etdikdən sonra,
rəhbərin mənə verdiyi ilk sual belə oldu:
-Hardansan, oğlum?
-İqdırdanam, -dedim.
O, sualını bir qədər də dəqiqləşdirdi:
-Əslən haralısan?
-İrəvandanam,- dedim və sözümə davam edərək atamın
Türkiyəyə neçənci ildə, necə, hansı şəraitdə gəldiyi
barədə məlumat verdim. Hiss edirdim ki, bu məlumatlar
onun üçün çox maraqlıdır. O anları heç vaxt unutmaram.
Bu dahi insan mənimlə söhbət etdikcə düz gözlərimin
içinə baxırdı. O baxışlar, o gözlər qəlbimin dərinliklərinə
sirayət edirdi. Bu görüşdən sonra mən bu böyük şəxsiyyətin
şəklini evimin ən şərəfli guşəsində divardan asdım.
Bəli, artıq iki ildir ki, Ulu Öndər Heydər Əliyev
aramızda yoxdur. Lakin onun bu el, bu xalq, bu vətən
üçün elədikləri qalır. Tarixdə həmişə belə olub.
Böyük və dahi insanları itirdikdən sonra dərk ediblər,
başa düşüblər, anlayıblar. Türk dünyasının Ulu Öndəri
Mustafa Kamalın da həyatı ilə tanış olanlar yaxşı
bilirlər ki, o zaman bu dahi şəxsiyyətə qarşı təqib
və düşmənçiliyə əl atanlar, onu Türkiyə çapında
yox etmək istəyənlər, onun gücünü inkar edənlər,
ilk Türkiyə Cümhuriyyətinin Milli Məclisinə girməsinə
əngəl törədənlər, onun Baş komandan olmasını istəməyənlər
də olub. Ancıq o günlərdə Türkiyənin ən ucqar guşələrindən
gələn kəndlilər, fermerlər və adi vətəndaşlar Mustafa
Kamala dayaq durdu, o insanı ölkənin xilasedicisi
kimi qəbul etdilər.
Allah Mustafa Kamalı Trükiyənin xilaskarı kimi
yetirdiyi kimi, Heydər Əliyevi də Azərbaycan xalqının
xilaskarı kimi göndərdi. Mən Mustafa Kamal Atatürkün
həyatına nəzər salarkən, Ulu Öndərimiz Heydər Əliyevin
həyatı gözlərim önünə gəlir. Siz də baxın! Bu iki
Ulu Öndərin həyatına baxın! Həm də diqqətlə baxın.
O zaman mənim gördüklərimi siz də görəcəksiniz.
Buna əminəm, ruhu şad olsun.
Heydər Əlifevin ruhu bizimlədir. Biz böyük Azərbaycan
uğrunda atacağımız hər bir addımda bu böyük insana
və onun adına arxalanmalıyıq. Bu hər kəs üçün belə
olmalıdır. İstər müxalifət, istərsə də başqaları
bu böyük insanın fikirlərindən və keçdiyi həyat
yolundan çox şeyləri öyrənməli, ölkəmizin gələcəyi
üçün əllərindən gələni əsirgəməməlidirlər. Hər kəs,
hər bir Azərbaycan vətəndaşı belə etməlidir.
Bu gün, sizinlə paylaşmaq istədiyim arzularım bunlar
idi. Biz «Belçika Azərbaycan Evi”»nin üzvləri, «Eu
Xəbər»” qəzeti redaksiyası və Belçikadakı bütün
azərbaycanlılar Ulu Öndərin məzarı önündə böyük
ehtiramla baş əyir, onun ruhunu əmin edirik ki,
bayraq etibarlı əllərdədir. Böyük Azərbaycan yolunda
ürəklər bir, sıralar sarsılmaz, addımlar mətin,
yumruqlar sıx, arzular birdir.
16 dekabr,2005-ci il.