Nəhayət
Bu günkü qəzetimizin ön səhifəsində bir xəbər var.
Bu xəbər bizim qəzetimizin məramını və uzun illər
diaspor təşkilatçısı kimi mənim geçdiyim yolu çox
dürüst və doğrü əks etdirir.Bu yol xalqımızın sevərək
addımladığı bir yoldur. Ona görə də elektron saytımızın
başında ümummilli liderimiz Heydər Əliyevin sözlərini
özümüzə bayraq etmişik: «Xaricdə yaşayan azərbaycanlılar
təşkilatlanma prossesini keçib böyük bir güc olublar,
bu gücdən faydalanmaq lazımdır».
Bəli, bu sözlərdə böyük bir həqiqət var.Təsadüfi
deyildir ki, Ulu Öndərin bu ideyalarını bu gün onun
layiqli davamçısı, Azərbaycan Respublikanın Prezidenti
İlham Əliyev ləyaqətlə həyata keçirir. Prezident
İlham Əliyevin çıxışlarının birində söylədiyi bu
sözlər deyilənlərə bariz sübutdur: O, deyib: «...söhbət
Azərbaycanı dünyada və Avropada tanıtmaqdan gedir
və dolayısıyla söhbət xaricdə yaşayan Azərbaycan
diasporundan gedir...».
Həqiqətən, bu gün Azərbaycanın dünyada tanıdılması
yolunda xaricdə yaşayan azərbaycanlıların, milli
diasporumuzun malik olduğu gücdən faydalanmaq böyük
əhəmiyyət kəsb edir. Bizlər bu məsələ barədə çox
danışmışıq, çox de mişk, gücümüzü çox göstərmişik.
Amma, bu gücü heç vaxt heç kim ayıb. Lakin bu gün
bu həqiqəti artıq ölkə başçısı özü təsdiq edir:-Azərbaycanı
xaricdə tanıtmağın zəruriliyini təsdiqləyir. Bəs
belə bir zamanda bizim qarşımızda duran vəzifə nədən
ibarətdir? Biz hesab edirik ki, indiki vaxtda dünya
Azərbaycanlılarını, xaricdəki milli diasporumuzu
vahid bir qüvvə və güc mərkəzinə çevipmək, hərəkətə
gətirmək hər hansı bir vaxtda olduğundan daha vacibdir.
Dünyanın harasında yaşamalarından asılı olmayaraq
hər bir soydaşımızın qüvvəsini hərəkətə gətirəcək
tədbirlər görülməli və istiqamətlər müəyyənləşdirilməlidir.
Elə bu qəvvələrdən biri də bizik. Həm qəzetimiz,
həm də rəhbəri olduğum «Belçika-Azərbaycan Evi»
buna hər zaman hazırdır. Yetər ki, bizə dəstək verən,
səsimizə səs verən tapılsın.
Biz yaşadığımız ölkədə bu günə kimi bütün çətinliklərə
baxmayaraq həyata keçirdiyimiz işləri davam etdirməyə
hazırıq,Çünki,bu bizim bir vətəndaşlıq borcumuzdur.
Biz üzərimizə, öhdəmizə düşən vəzifəni layiqincə
yerinə yetirməyə hazırıq. Yetər ki, ölkə prezidenti
bizə inansın.
Biz bu amalı özümüzə hədəf götürüb vəzifəyə hazır
olduğumuzu burda bütün Azərbaycan xalqının qarşısında
bəyan edirik. İnanırıq ki, dünyanın bütün guşələrində
yaşayan azərbaycanlılar,milli diasporumuz bu çətin,
müqəddəs və şərəfli, vəzifəyə hazırdır. Yetər ki
onlara inanan, onlara güvənən, onlara əminlik verən
insanlar olsun. Biz inanırıq ki, o zaman Azərbaycanın
adı bütün dünyada eşidiləcək və Azərbaycan dunya
dövlətləri arasında layiq oldugu yeri tutacaqdır.
Hörmətli Cənab Prezident! Xaricdə yaşayan çoxsaylı
Azərbaycan diasporunun bir nümayəndəsi kimi Sizin
tapşırığınızı və göstərişinizi gözləyirik. Sizi
əmin edirik ki, çox qısa zamanda doğma Azərbaycanımızı
dünyaya tanıdacağıq. Biz bu günü çoxdan gözləyirdik.
1 oktyabr, 2005