Əsas səhifə
Bioqrafiyam
Məqalələrim
Kitablar, nəşrlər
Qəzetlər Bülent Gürçam barədə
Foto albom
Qonaq kitabı


 
 

«MƏNİ CANDAN USANDIRDI»


«Məni candan usandırdı, cəfadan yar usanmazmı.»Böyük şairimiz Məhəmməd Füzulinin bu ölməz misraları birdÿn yadûma düşdü. Fikirləşdiyim şey isə xaricdə yaşayan azərbaycanlıların gələcəyi oldu. Səhər fikirləşirdim ki, bu barədə bir yazı yazım, birdən ağlıma bu gözəl misralar gəldi, Mən də bu misraları beləcə götürərək indi yazdığım məqaləm üçün sərlövhə seçdim. Bunun əsas səbəbi bu məqaləmdəki mətləblərlə. dahi şairin məlum misraları arasında bir bənzəyişin və oxşarlığın olması oldu. Ədəbiyyatda belədir. þncÿ yazûá sonra fikirlÿøiá ona mÿna vermÿk, Mən də dahi şairin bu məşhur misraları ilə mənim düşüncələrim arasındakı oxşarlığın səbəblərini açıqlamaq istəyirəm.
Öncə deyim ki, bu məşhur misralardakı «can» sözü mənə ilk növbədə Azərbaycan kəlməsini xatırlatdı. Çünki bu bir kəlmə «can» sözü bütün əsrlərdə doğma vətənimiz Azərbaycan sözünün tərkib hissəsi olub. «Can» kəlməsini soydaşlarımız vətən üçün işlədiblər əsrlər boyu. Bu gün bizlər-yəni xaricdə yaşayan (müəyən tarixi səbəblərdən) azərbaycanlılar da «can» sözünü çox işlədirik. Bilirsinizmi, «Can» sözündəki məni bu qədər təsirləndirən və mütəəssir edən cəhət nədir? Elə isə mən ərz edim, siz isə dinləyin, əziz həmvətənlərim.
Söhbət xaricdə yaşayan 50 miliyon azərbaycanlı soydaşımızdan gedir. O soydaşlarımızdan ki, 35 miliyonu öz tarixi vətənində, yad kimi yasayir, Belə baxanda dünyadakı bəzi dövlətlərin əhalisindən qat-qat çox olan. Lakin ikiyə bölünmüş böyük bir xalqın cənubdakı yarısı öz torpaqlarında özünün ana dilində məktəbi olmadan yaşayır. Özünün milli bayrağı, milli gerbi, milli himni olmadan yaşayır. Əgər buna yaşamaq deyilərsə. Otuz beş milyon xalqımız belə yaşayır. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan 5 milyon azərbaycanlı öz tarixi vətəni olan Azərbaycanın vətəndaşlığını qəbul etmək istəyir. Bu insanlar «can» sözünü özlərinə bayraq, ürəklərinə dağ eləyiblər. Bu insanlar dünyanın harasında yaşamalarından asılı olmayaraq doğma vətənləri olan Azərbaycan naminə hər bir əziyyətə və möhnətə qatlaşmağa hazırdırlar. Ona görə də bu soydaşlarımız milli diasporumuzu vahid qüvvə və güc mərkəzi kimi görmək istəyirlər.
Belə fikirləşəndə görürsən ki biz dünyada bu dərdi yaşayan yeganə ölkəyik. Bəs, görəsən bu vəziyyətdən çıxış yolu nədədir? Əlbəttə, bu suala nə zamansa cavab tapılacaq.İndi isə icanənizlə qayıdaq əvvəlki mövzumuza-yəni ulu Füzuliyə və onun bayaq adını çəkdiyim məşhur misralarındakı «usandırdı» sözünə. Mənə elə gəlir ki, bu bir kəlmə söz. inciklik, qırıqlıq, əlaqəsizlik, sahibsizlik, çagırışıdır.. Bəli, dunyada yaşayan hər bir Azərbaycanlının ürəyində bu inciklik var. Bu sözün altında isə vətən həsrəti, vətən üçün bir iş görə bilmək yanğısı, ikiyə bölünmüş doğma sahilləri birləşdirə bilmək, özünün haqq və hüquqlarını həyata keçirə bilmək amalı gizlənib.
Bütün bunlar xaricdə yaşayan azərbaycanlılar üçün ən böyük cəfadır. Bəli. Vətən həsrəti vətəndən uzaqlarda yaşayanlar üçün ən böyük cəfadır desək yanılmarıq. Bu gün 40 miliyon insan çəkir bu cəfanı. Bəlkə də ona görədir bizim muğamlarımız da bu qədər kədərli, bu qədər dərdli. Bu qədər ələmlidir. Bu muğamları dinləyərkən insan övladı bir şam kimi əriyir bu nisgilin, bu həsrətin, bu hicranın önündə.
Dahi Füzulinin «cəfadan yar usanmazmı» misralarını isə elə bilirəm ki, bu boyda vətən nisgilini, vətən həsrətini bizlərə yaşadan siyasətbazlara ünvanlamaq çox yerinə düşər. Söhbət bizləri vətən həsrəti çəkməyə vadar edən insafsız, ürəksiz, qəlbsiz insanlardan gedir. Bunun səbəbi isə ikili vətəndaşlıq haqqında qanunun hələ də Milli Məclisin müzakirəsinə çıxarılmamasıdır. Belə bir qanunun həyata vəsiqə almaması. doğma vətənimizin vətəndaşı olmaq üçün burnunun ucu göynəyən,xaricdə yaşayan azərbaycanlıların taleyinə biganə münasibət deməkdir.
Lakin bu da bir həqiqətdir ki.hələ 2003- cü ildə Ümummilli Liderimizin xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında fərmanı olub.Elə bu məqalədəki söhbətimizin mətləbi də əlaqədar dövlət qurumlarının və vəzifəli məmurların bu fərmana məhəl qoymamalarıdır. Onu da deyim ki, Prezidentimizin bu məsələ ilə bağlı daha bir qərarı da var.
Mən bu məqaləni çox əlamətdar bir vaxtda cənublu qardaşlarımızın Babək qalasına yürüş elədikləri bir zamanda yazdım. Çünki bu gün doğrudan da çox əlamətdar bir gündür.Bu gün Arazın o tayındakı soydaşlarımızın öz hüquq və azadlıqları uğrunda mübarizəyə qalxdıqları bir gündür. Bu yolda isə həm də lazım gələrsə vətən naminə ölmək də var, düşmənə qalib gəlib qazi olmaq da. Bəli, bu gün mübarizə aparan hər bir Azərbaycanlı Qazidir.
"Qəzamiz mubarək olsun".

15 iyun, 2005-ci il





© 2006 Copyright Personal site of Bülent Gürçam - www.bulentgurcam.az | Site by: WebStudio.Az