Əsas səhifə
Bioqrafiyam
Məqalələrim
Kitablar, nəşrlər
Qəzetlər Bülent Gürçam barədə
Foto albom
Qonaq kitabı


 
 



BİLMƏM DESƏMMİ, DEMƏSƏMMİ?!

Əziz həmvətənlərim, həm jurnalist, həm də diaspor təmsilçisi olmaq çox çətindir. İnanın, yazmaq, tənqid etmək heç də asan məsələ deyil. Amma,gəl ki,etməsən də, deməsən də həyat lap çətin olur və buna görə dəbu iki yoldan birini seçmək məcburiyyətində qalırsan.
Bu hal Avropada da mövcuddur. Məsələn, keçən il Brüsseldə qəzetimizin adından Avropa Birliyi press kartını almaq üçün müraciət etmişdim. Bir həftə sonra mənə cavab gəldi ki, sizin müraciətiniz qəbul olunmadı. Səbəbini soranda isə orada çalışan qadın,- siz diaspor təmsilçisisiniz, əgər sizə press kart versək, Avropa Birliyi daxilində lobbiçilik edəcəksiniz,- dedi.
Mənə qəribə gəldi bu cavab. Amma mənim bir qələm sahibi və gerçəkdən «Eu Xəbər» adlı bir qəzetin Baş redaktoru olduğumu bildikdən sonra mənə Avropa Birliyinin press kartını verdilər. Bir sözlə Avropanı özümə inandıra bidim. Lakin mənə təəccüblü gələn orasıdır ki,öz içimizdə,özümüz-özümüzü nədənsə hələ də bir çox problemlə bağlı məsələlərdə ortaq məxrəcə gəlməyin vacibliyinə inandıra bilməmişik,Həxsən mən bir çoxlarını inandıra bilmirəm ki,biz,-xaricdəki milli diasporumuzun təmsilçiləri vətənimizə vaxtında deyilmiş Ən adi görünən,lakin böyük əhəmiyət daşıyan bir kəlmə sözlə də xidmət edə bilərik.Təki,ürəyində,qəlbində,könlündə Vətən eşqi,yurd istəyi.doğma torpaq sevgisi olsun.
Bir tərəfdən yazdıqlarımıza, tənqidlərimizə dünyanın dörd bir yanındakı diasporumuzdan dəstək gəlir və onlar səsimizə səs verirlər,bizim milli diaspor qurumları ilə əlaqələr qururlar. Digər tərəfdən isə müəyyən qurum və təşkilatlar işlərimizə hər vasitə ilə əngəl törətməyə çalışır, bizi yolumuzdan döndərmək üçün əllərindən gələni edir, min oyundan çıxırlar. Türk qardaşlarımız buna "Əli -Cingiz oyunu" deyirlər. Amma mən buna nə deyim, bilmirəm. Əcaba, desəmmi yaxşı olar,yoxsa deməsəmmi? Bax,onu da bilmirəm!
Qəzetimizin əməkdaşı Cəlal müəllim mənim bu günə qədər yazdığım yazıları toplayaraq bir kitab şəklində çap etdirməyə hazırlayır. Keçən gün o, çapa hazırladığı məqalələrimdən bir neçəsini yenidən nəzərdən keçirmək üçün mənə göndərmişdi.Doğrusu nə vaxtsa yazdığım bu yazılar məni heyrətə saldı. Nələr yazmamışam, nələr deməmişəm ki!.. Əgər bu yazılarıma,orada dediklərimə xaricdəki diaspor təşkilatlarımız əməl etsəydilər,səsimə səs versəydilər indi dünyada tanınan çox güclü bir lobbimiz var idi. Digər tərəfdən isə həm də diaspor təşkilatlarımızın bir sıra problemləri çox asanlıqla öz həllini tapardı.Onu da deyim ki, məqalələrimdə milli diasporumuzun qayğı və problemləri ilə bağlı qaldırdığım məsələlər şəxsən mənim özümün bir diaspor rəhbəri kimi rastlaşdığım və yaşadığım həyat təcrübəmin məhsuludur.Yəni mənim dediklərimi bundan daha yaxşı demək əsla mümkün deyildir.Amma gəlin,bir anlığa da olsa keçilmiş yola nəzər salaq.Baxaq,görək nə dəyişib? Təəssüf ki,heç nə dəyişilməyib.Əksinə,bəlkə də getdikcə daha da pozulub. Hələ bu azmış kimi adımıza, işimizə, fəaliyyətimizə, milliyyətçiliyimizə, vətənsevərliyimizə, milli diasporumuzun inkişafı naminə gördüyümüz işlərə,türkçülüyümüzə və azərbaycançılığımıza,tarixi keçmişimizə,düşmən əlində olan qədim yurd yerlərimizə(İrəvan xanlığı,Zəngəzur.və sair) və bu yolda apardığımız mücadiləyə dodaq büzənlər,öz xalqına kömək etmək əvəzinə,əksinə onun qarşısına tir diyirlədənlər də var.
Əziz oxucu,hansını deyim? Dünən meydana çıxan, hansı əqidəyə,məsləkə qulluq elədiyi məlum olmayan, vətən qayğısı, millət təəssübü çəkməyən, yalnız və yalnız öz mənafeyini düşünən və ailəsi üçün yaşayan insanların hansını deyim?!
Əlbəttə, mənim bü tənqidi qeydlərimi şəxsi-qərəzlik,intiqam hissi kimi qiymətləndirənlər, «Bülent Gürçam Prezident tərəfindən medalla təltif edilmədiyi üçün tənqid edir»,- deyə fikirləşən düşüncə sahibləri də az deyil. Mənim belə insanlar yazığım gəlir.neyləyəsən ki,aramızda yabanı ot kimi bitən belələri öz üzdəniraq hərəkətləri ilə düşmən dəyirmanına su tökürlər.
Hörmətli həmvətənlərim, mən ömrümün 25 ilimi Aropada-Belçikanın paytaxtı Brüsseldə yaşamışam.Bü müddətdəbütün səylərimi milli diasporumuzun formalaşması və inkişafı işinə həsr etmişəm.Bəli,düz 25 il,yəni bir əsrin dörddə biri qədər keçən zaman ərzində Azərbaycan diasporunun yetişməsinə zəhmətlər sərf etmişəm. Mən bundan sonra da bu yolda, inandığımı insanlarla birgə addımlamağı davam edəcəyəm.Bu yol mənim həyat yolum,bu yol mənim ömür yolum,bu yol mənim səadət yolum və nəhayət bu yol xalqımızın rifahı, millətimizin birliyi,xoşbəxtliyi, yoludur. Bu yolu Milli Liderimiz yaratdı.Yolumuz irəliyə,günəşli sabahlaradır.


1 avqust, 2006-cı il.



© 2006 Copyright Personal site of Bülent Gürçam - www.bulentgurcam.az | Site by: WebStudio.Az