Əsas səhifə
Bioqrafiyam
Məqalələrim
Kitablar, nəşrlər
Qəzetlər Bülent Gürçam barədə
Foto albom
Qonaq kitabı


 


«EU Xəbər» ictimaiyyətə təqdim edildi

Yeni qəzet, diasporu Azərbaycana tanıtmaq niyyətindədir.
Dünən ilk sayı çap olunan «Eu Xəbər» qəzetinin baş redaktoru Bülənt Gürçam mətbuat konfransı keçirərək yeni mətbuat orqanını ictimaiyyətə təqdim etdi

O bildirdi ki, Belçikadakı «Azərbaycan Evi» tərəfindən buraxılan qəzetin məqsədi xaricdə yaşayan diasporun gücünə inanmağın vacibliyini, imkanlarını diqqətə çatdırmaqdır.
«Uzun illər xaricdə yaşayan azərbaycanlı kimi ölkəmizi tanıtmaq naminə diaspor təşkilatçılığı ilə məşğul olaraq fəaliyyətimizi bu günədək davam etdirməkdəyik. Bu qəzet həmin fəaliyyətin nümunəsidir»,-deyən baş redaktor ittihamlardan uzaq qəzetçiliyə önəm vermək niyyətindədir. Onun sözlərinə görə, qəzetdəki xəbərlər xaricdə yaşayan soydaşlarımızın, əcnəbilərin kənardan baxışlarını əks etdirəcək. O, qeyd etdi ki, bu cür qəzet xaricdəki soydaşlarımıza deyil, məhz ölkəmizə lazımdır.
«Azərbaycanda baş verənləri xaricdə olan 3-5 nəfərə anlatmaq lazım deyil. Biz beynəlxalq təşkilatlara özümüzü tanıtmalı, problemimizi anlatmalıyıq. Qəzet Avropadakı hadisələri Azərbaycan oxucularına çatdıracaq».
Qeyd edək ki, hələlik qəzet 12 səhifədə ayda ik dəfə çıxacaq. Yaxın gələcəkdə isə qəzetin həftədə bir dəfə çap olunması nəzərdə tutulur. Baş redaktor onu da qeyd etdi ki,hətta qəzetin oxucusunun az olması da onu yolundan döndərməyəcək.


Röya
«Ekspress» qəzeti,
24 iyun,2004-cü il.



© 2006 Copyright Personal site of Bülent Gürçam - www.bulentgurcam.az | Site by: WebStudio.Az