Əsas səhifə
Bioqrafiyam
Məqalələrim
Kitablar, nəşrlər
Qəzetlər Bülent Gürçam barədə
Foto albom
Qonaq kitabı


 


«Azərbaycan Evi» cəmiyyətinin internet
saytının təqdimat mərasimi keçirildi.

May ayının 13-də Mətbuat klubunda Belçikanın paytaxtı Brüsseldə yerləşən «Azərbaycan Evi» cəmiyyətinin internet saytının təqdimat mərasimi keçirildi.

Konfransı giriş sözü ilə açan «Azərbaycan Evi» cəmiyyətinin Azərbaycandakı təmsilçisi Aydın Cəfərov bu cəmiyyətin yaradıcısı Bülənt Gürçamın 1980-ci ildən bəri gördüyü işlərə qısa nəzər saldı. O, «Azərbaycan Evi» cəmiyyətinin uzun illərdən bəri bütün çətinliklərə baxmayaraq fəaliyyət göstərməsinin və bunun Belçika dövləti və Belçika-Fransız mədəniyyət mərkəzi tərəfindən tanındığını bildirdi. Və bu cəmiyyətə Brüssel bələdiyyəsi tərəfindən yardım göstərildiyini vurğuladı. Tədbirdə çıxış edən «Azərbaycan Evi» cəmiyyətinin rəhbəri Bülənt Güraçam cəmiyyətin son iki-üç ildə Belçika-Azərbaycan, Avropa –Azərbaycan və ayrıca bir neçə Avropa ölkəsində tanınan beynəlxalq təşkilatdar ilə Azərbaycan arasında yaranmış mühüm əlaqələrdə tam gücü ilə iştirak etdiyini və yetərincə müəyyən işlər gördüyünü vurğuladı. O, cəmiyyətin müxtəlif dövrlərdə Belçikada «Odlu vətən», «Azərbaycan kültür və informasiya dərgisi» adı altında jurnallar buraxdığını bildirdi. Onun sözlərinə görə, cəmiyyət müəyyən vaxtlarda Belçika və digər Avropa ölkələrində (Hollandiya, Almaniya, Fransa və.s) xalq sənətçilərimizin və musiqiçilərimizin müxtəlif konsertlərini təşkil etmişdir.
Onun sözlərinə görə, 2000-ci ildə Belçikada Qarabağ qaçqınlarına yardım kompaniyası başlatmış, bəzi türk cəmiyyətləri və Brüsseldə tanınan Türkiyə Cumhuriyyəti Diyanət işlərinin dəyərli müşaviri Həmrullah Aksarının yardımları ilə 100 ton geyim paltarı yığılmış, «Azal» Hava Şirkətinin yardımı ilə Bakıya burdan da Biləsuvardakı qaçqın düşərgələrinə göndərilmişdir. Təbii ki, bu fəaliyyətimizi göstərərkən burada adını çəkmədiyimiz digər Azərbaycan diaspor təşkilatlarının da xidməti olmuşdur.Fəaliyyətimizi yaşadığımız ölkədə istər Türkiyə azərbaycanlıları, istərsə də İran vətəndaşı olan azərbaycanlılarla birlikdə davam etdirmiş, idman və folklor sahəsində Azərbaycanın tanınması uğrunda mübarizə aparmışıq. Amma, Avropada Azərbaycan diasporunun möhkəmlənməsi və güclənməsi uğrunda müəyyən çətinliklərlə də rastlaşırıq. Biz gənc həmvətənlərimizlə yeni bir proyekt işləyib həyata keçirməyi qərara almışıq. Artıq elektron kütləvi informasiya vasitəmiz olacaq www.diaspora-az.com ünvanlı saytımızın köməyi ilə fəaliyyətimizi daha geniş coğrafi ərazilərə yaymaq və dünya azərbaycanlılarının təşkilatlanma prosesini gerçəkləşdirə biləcək addımlar atmaq niyyətindəyik.
Yəni, təqdim olunan sayt dörd dildə-Azərbaycan, Fransız, İngilis və rus dillərində olacaqdır. Saytda Azərbaycanın mədəniyyət tarixindən, Avropaya edilən mühacirət, Lobbiçilik fəaliyyəti,Azərbaycan Respublikasının idman sahəsində, xüsusilə Olimpiya idmanında qazandığı uğurlar, Xocalı faciəsinə aid statistika, Azərbaycan mətbəxi haqqında çoxlu informasiya vardır. Saytda həmçinin iki foto albom da yerləşdirilmişdir. Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin xaricə etdiyi səfərlər, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Mişel Dane ilə görüşləri və Azərbaycanın ictimai-siyasi-mədəni sferasını əks etdirən bir çox fotoşəkillər mövcuddur.
Bülənt Gürçam saytın zənginləşdirilməsində Azərbaycanda yaşayan həmvətənlərimizin yardımına böyük ehtiyacı olduğunu vurğuladı. Saytın təqdimat mərasimindən sonra «Azərbaycan Evi» cəmiyyətinin yaradıcısı Bülənt Gürçam jurnalistləri maraqlandıran çoxsaylı suallara cavab verdi.

Nail Abdullayev
«Gömrük» qəzeti,
12 may 2002-ci il.



© 2006 Copyright Personal site of Bülent Gürçam - www.bulentgurcam.az | Site by: WebStudio.Az